"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti dünən "San-Mames" stadionunda keçirilən matçda - Bilbao "Atletik"i ilə səfər qarşılaşmasında (2:0) azarkeşlərdən birinə müzakirələrə səbəb olan hədiyyə bağışlayıb.
Fanat.Az-ın məlumatına görə, italiyalı mütəxəssis ağzındakı saqqızı çıxararaq "Kral klubu"nun fanatına verib.
Bu hədiyyəyə görə sosial şəbəkələrdə onu qınayanlar daha çox olsa da, məşhur çalışdırıcının çeynədiyi saqqızın fanat üçün xüsusi önəm daşıdığını bildirənlər də tapılıb.
Həmin ananın fotosunu təqdim edirik:
Qeyd edək ki, hazırda 41 xalı olan "Real" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.
Nihat