"Tottenhem"in və İngiltərə millisinin hücumçusu Harri Keyn gələcək karyerası ilə bağlı yekun qərarını verməyib.
Fanat.Az-ın məlumatına görə, bu barədə son məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, Avropa nəhənglərinin ciddi marağına rəğmən, Keyn ilk növbədə formasını geyindiyi Hotspur təmsilçisi ilə danışıq aparacaq. Tərəflərin bu həftə bir araya gələcəyi və yeni anlaşmanın şərtlərini müzakirə edəcəyi bildirilib.
Qeyd edək ki, sözügedən forvardın "Tottenhem"lə indiki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat