“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq haqda fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "The Boot Room" fransalı əfsanənin dediklərini belə çatdırıb:
"Arsenal"ın qalib gəldiyinə görə şadam, amma lənət şeytana, "Mançester Yunayted" onun rəhbərliyi altında çox fərqli görünür. Mən onun böyük fanatıyam. Kuman Barselonadan qovulandan sonra onu Laportaya tövsiyə etmişdim. O, dahidir. “Mançester Yunayted” ten Haqa bu il vaxt verib, transfer bazarında yaxşı çalışsa, bu komanda hesaba çəkiləcək gücə çevriləcək. Aleks Ferqyussona bütün hörmətimə rəğmən, Erikin komandası daha cəlbedici futbol oynayır".
Qeyd edək ki, MY İngiltərə Premyer Liqasında 39 xalla 4-cü yerdə qərarlaşıb. Mançesterlilər bu mövsüm qatıldığı bütün yarışlarında oynamağa davam edən yeganə Avropa komandasıdır.
Mirağa