Avqustun 15-dən sentyabrın 3-dək Almaniya, Belçika, İtaliya və Estoniyada keçiriləcək AVRO-2023-ün qrup mərhələsində qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının başlama vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yığmamız Almaniya, Türkiyə, İsveç, Çexiya və Yunanıstanla birlikdə D qrupunda mübarizə aparacaq.
Bütün görüşlər Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.
18 avqust
23:00. Azərbaycan - Çexiya
19 avqust
23:00. Azərbaycan - Almaniya
20 avqust
23:00. Türkiyə - Azərbaycan
22 avqust
20:00. Azərbaycan - Yunanıstan
23 avqust
20:00. İsveç - Azərbaycan
Qeyd edək ki, qrupda ilk dörd yeri tutan komandalar 1/8 finala yüksələcək.