“Kəpəz”in braziliyalı yarımmüdafiəçidi Martins Junior futbol üzrə Azərbaycan çempiontının 19-cu turu çərçivəsində baş tutan oyunu – “Qəbələ” ilə Gəncədəki görüşü (2:2) dəyərləndirib.
Debüt matçında qol vuran “sambaçı” Fanat.Az-a açıqlamasında belə danışıb:
“Bu, mənim ilk oyunum idi. Təbii ki, hələ tam uyğunlaşmamışam. Açığı, bir qədər çətin oldu. Litvadakından (Junior Litvanın “Babrunqas Plunqe” klubunda çıxış edib – red.) fərqli temp gördüm. Mübarizə daha yüksək səviyyədə idi. Çox şadam ki, debüt oyunumda ilk qolumu vurdum. Əlbəttə, əsas olan mənim qol vurmağım yox, komandanın müsbət nəticə qazanması idi. Qalib gəlmək istəyirdik. Yekunda heç-heçə qeydə alındı. Qarşıdakı matçlarda qolların davamını gətirəcəyimə inanıram. Məqsədim öz üzərimdə daha çox çalışmaq, növbəti görüşlərdə komandama daha çox fayda verməkdir”.
Nihat