Ukraynanın "Şaxtyor" klubunun daha bir futbolçusi İngiltərə Premyer Liqa klubunun maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Brayton" Donetsk klubunun müdafiəçisi Mikola Matviyenkonu transfer etmək istəyir. “Qağayılar”ın hazırkı baş məşqçisi Roberto De Dzerbi ukraynalı futbolçu ilə 2021/2022 mövsümündə "Şaxtyor"dakı birgə işindən tanışdır.
"Brayton" Matviyenko üçün 11 milyon avro təklif edir. Belə bir qiymət müdafiəçisi üçün ən azı 30 milyon almaq istəyən "Şaxtyor"u qane etmir. Danışıqlar davam etdirilir.
Ukrayna klubu bundan əvvəl Mixail Mudriki “Çelsi”yə 70 milyon avroya satıb. Hansı ki, bu məbləğ bonuslarla birlikdə 100 milyon avroya qədər yüksələ bilər.
Mirağa