"Qalatasaray"ın Futbol Direktoru Cenk Ergün İspaniya La Liqasının son turunun "Valensiya" - "Almeriya" (2:2) qarşılaşmasını tribunadan izləyib.
Fanat.Az xəbər verir ki, klub rəsmisi Cenk Özkaçarı iş başında izləmək üçün İspaniyaya yollanıb.
Sarı-qırmızıların yeni transfer hədəfi olan 22 yaşlı ulduz 90 dəqiqə meydanda olub.
"Valensiya"nın "Lyon"dan icarəyə götürdüyü müdafiəçinin Fransız klubu ilə anlaşması 2025-ci ilə qədərdir.
Türkiyə mətbuatında cari mövsümün sonunda "Lyon"a dönəcək futbolçunun "Qalatasaray"a keçəcəyi iddia edilir.
Qeyd edək ki, Türk ulduz 2020-ci ildə "Altay"dan "Lyon"a 1.5 milyon avroya transfer olunub. İddiaya görə Türkiyə millisindən 3 dəfə təklif alan müdafiəçinin hazırda qiyməti 1.8 milyon avrodur.