Keçmiş ingilis futbolçu Pol Merson "Mançester Yunayted"ə "Tottenhem"in hücumçusu Harri Keyni transfer etməyi məsləhət görüb.
Fanat.Az xəbər verir ki, o, "Football Talk"a açıqlamasında hətta təcrübəli forvard üçün ödənməli olan məbləği də açıqlayıb:
“Mançester Yunayted”in yerində olsaydım, günü sabah Keyn üçün 100 milyon funt-sterlinq ödəyərdim. MY liqa tituluna sahib çıxmaq istəyirsə, bu oyunçu ilə müqavilə imzalamalıdırlar".
“Tottenhem”in və İngiltərə millisinin mərkəzi hücumçusu Harri Keynin transferinə əsas iddiaçılar “Bayern Münhen” və “Mançester Yunayted” göstərilir. Keyn "Tottenhem"in yetirməsidir və onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Harri Keyn bu mövsüm Premyer Liqada "Tottenhem"in heyətində 21 oyuna çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa