“Turan Tovuz”un müdafiəçisi Dao Ben Aziz diqqətsizlikdən özünü çıxılmaz vəziyyətə salıb.
Fanat.Az-ın məlumatına görə, sözügedən futbolçu üçün mövsüm başa çatıb.
Belə ki, dekabrda dizindən xəsarət alan Ben Aziz zədələnən nahiyəyə buz qoyub və istəmədən yuxuya gedib. Məhz bu səbəbdən dizində ciddi problem yaranan futbolçunun azı 3 ay oynaya bilməyəcəyi müəyyənləşib. Tovuz təmsilçisi qış fasiləsində Dao ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa çalışsa da, anlaşmasının müddəti mövsümün sonuna qədər olan oyunçu komandadan getmək istəməyib. Bu isə o deməkdir ki, Ben Aziz vaxtını keçirərək sözləşməsinin müddəti bitənədək “Turan Tovuz”dan maaş alacaq.
Nihat