"Kəpəz"in nigeriyalı legioneri Ahmed Ayzaya bu ay Azərbaycanda klub dəyişməyə yaxın olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisində aylıq 4000 dollar maaş alan Ahmedi "Səbail" bundan 2 dəfə artıq əməkhaqqı qarşılığında heyətə qatmaq istəyib.
Lakin bu keçidin reallaşması üçün "Kəpəz"lə olan müqaviləsini qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozmalı olan Ayzayanı Gəncə təmsilçisi Bakı klubuna buraxmayıb.
Qeyd edək ki, daha öncə "Zirə"nin formasını geyinən Ahmedin "Kəpəz"lə olan sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat