AZAL baxışa 3 futbolçu çağırıb. Fanat.az xəbər verir ki, hər 3 futbolçu Ukraynadan gəlib. Baş məşqçi Vaqif Sadıqov qarşıdakı günlərdə Viktor Raskovu, Artur Siryakı və Anton Korolçuku sınayacaq.
Qeyd edək ki, 1984-cü ildə Odessada anadan olan Viktor Raskovun 29 yaşı var. Onun son klubu «Helios» olub. 29 yaşlı forvard bu 2011-ci ildən çıxış etdiyi klubda 63 oyunda meydana çıxıb və 20 qol var. Viktor əvvəllər Ukraynanın «Çernomorest», «Şaxtyor» (Donetsk), «Maşınstroitel», «Dnester», «Arsenal», «Stal» və Litvanın «Şaylyay» klublarında forma geyinib.
Hücumçu Artur Siryak 24 yaşı var. Futbolun sirrlərini «Şaxtyor», «Dnepr», «Metallurq» kimi klubların aşağı yaş qruplarında öyrənən Arturun son iş yeri «Poltava» olub. O, bu klubda 26 oyun keçirib və 3 qol vurub. Siryak əvvəllər «Xarkiv», «İlliçivets» və «Prikarattya» klublarında top qovub.
Anton Korolçuk isə Kiyev «Dinamo»sunun yetirməsidi. 26 yaşlı yarımmüdafiəçinin son klubu «Krımteplitsiya» olub – 6 oyun. Anton karyerası ərzində Ukraynanın ÇSKA, «Krivbass», «Niva», «Xarkov», «Yednist» və «Helios» klublarında top qovub.
İdman24.az