Azərbaycan cüdoçusu Balabəy Ağayev Avropa reytinqinə başçılıq edir.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan 24 yaşlı cüdoçu hazırda qitə təmsilçiləri arasında birincidir.
Bakıda keçirilən sonuncu “Böyük Dəbilqə”nin qalibi dünya reytinqində dördüncü pillədə qərarlaşıb. İlk üçlükdə isə yalnız Asiya təmsilçiləri yer alıblar. Yunq-Vey Yanq (Çin Taypeyi) birinci, Ryuju Naqayama (Yaponiya) ikinci, Ha-Rim Li (Cənubi Koreya) üçüncüdür.
Qeyd edək ki, Balabəy ötən il həmçinin Portuqaliya Qran Prisində ikinci, Abu Dabidə keçirilən "Böyük Dəbilqə" və Qüdsdə təşkil olunan "Masters" yarışlarında üçüncü olub. Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalını qazanıb.