Beynəlxalq Cüdo Federasiyası 2022-ci illə bağlı müxtəlif nominasiyalar üzrə səsvermə elan edib.
Fanat.Az xəbər verir ki, “ilin anı” nominasiyası üzrə Azərbaycan cüdoçusu Səid Mollayinin 8 yaşlı Məhəmməd Şahverdili ilə döyüşü namizədlər arasında yer alıb.
Səsvermə 31 yanvara qədər davam edəcək.
Qeyd edək ki, qaliblər 5 fevralda Parisdə "Böyük Dəbilqə" turnirində açıqlanacaq.