21:42 26.01.2023 296

“Güclü olmaq üçün əziyyət çəkməlisən” - Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda (0:2) fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Oyuna çox pis başladıq. İkinci qolda da səhvimiz oldu. Oyundan öncə “Sabah”ın hücumda oynayan futbolçuları barədə söhbət etmişdik. Kiçik şansımız oldu. Lakin yararlana bilmədik. Bundan sonra oyun bizim üçün bitmişdi. Təlim-məşq toplanışında çoxlu problemlərimiz oldu. Bu, zədəli oyunçularla bağlı idi. Çalışırıq ki, yeni oyunçular komandaya adaptasiya olsunlar. Onlar bizə gec qoşuldular. Bütün komanda ilə məşq etməyə bizim çox vaxtımız olmayıb.

Hər iki komanda çalışdı ki, mübarizə aparsın. Penalti olduqdan sonra oyuna qayıtmaq çətin olur. Bu, sanki hədiyyədir. Rəqib evdə oynayırdı. Düşünürəm ki, hər iki komanda yaxşı oynadı. “Sabah” evdə oynadığı üçün qələbə qazanmaq istəyirdi. Biz də qələbə qazanmaq istəyirdik.

Düşünmürəm ki, hakimlər haqda danışmalıyıq. Məşqçi kimi sən təzyiq altında olursan. Bu oyunda hakimlər haqda danışmağı düşünmürəm.

Bu cür oyunçuların komandamda olmasına çox sevinirəm. Yayda da məqsədimiz Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olacaq. Güclü olmaq üçün əziyyət çəkməlisən. Vaxta ehtiyac var. Yada salsaq, “Qarabağ”ın yaxşı komanda olması üçün illərə ehtiyacı oldu. Çalışırıq ki, yaxşı oyunçuları komandaya cəlb edək. Addım-addım böyük dəyişikliklər olacaq. Sizə də haqq qazandırıram: biz məğlub olmuşuq.

“Sabah” hazırda daha yaxşı çıxış edir. Gərək çox yaxşı olasan ki, onlara qalib gələsən. Onlara qarşı bir oyunumuz qalıb. Çalışacağıq ki, ona daha yaxşı hazırlaşaq.

Yusuf Lavalın bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Müddəti uzatmaq istədik, amma qəbul etmədi. Təlim-məşq toplanışında müqavilənin müddətini artırmağı düşünürdük. Bizə elə oyunçu lazımdır ki, onu hazırlaya bilək. Bu cür hallar futbolda baş verir. Yusufa ürəkdən uğurlar arzu edirəm. Klub tərəfdən ən yaxşısını etməyə çalışırıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X