“Liverpul”da növbəti müqavilə rəsmiləşib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc futbolçusu Stefan Bayçetiçlə müqavilənin müddətini uzadıb.
Bu mövsümdən start heyətdə meydana çıxmağa başlayan yarımmüdafiəçi, yeni müqaviləyə əsasən 2027-ci ilin yayınadək “Liverpul” forması geyəcək.
İspaniya vətəndaşlığı da olan 18 yaşlı serb yarımmüdafiəçi 2021-ci ilin yanvarında “Selta”dan “Liverpul”a keçib.