"Zenit"in braziliyalı yarımmüdafiəçisi Malkom karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Xəbərə görə, Rusiya klubunun idarəçiləri 25 yaşlı Malkomu "Nyukasl"a təklif edib. "Sağsağanlar"ın bu təklifə isti yanaşdığı və "sambaçı"nın iş yerini dəyişmək ehtimalının yüksək olduğu açıqlanıb.
Qeyd edək ki, bu mövsüm Rusiya Premyer Liqasında 17 matça çıxan Malkom 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat