Portuqaliyanın Almada şəhərində Qran-Pri turnirinə hazırlıq məqsədi ilə hakimlər üçün seminar keçirilib
Fanat.Az xəbər verir ki, yanvarın 26-da Portuqaliyanın Almada şəhərində Qran-Pri turnirinə hazırlıq məqsədi ilə Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər üçün seminar keçirilib.
Seminarda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də iştirak edib. Azərbaycanlı hakim üç gün davam edəcək turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.