Belçika millisinin sabiq yarımmüdafiəçisi Raca Naynqqolanın yeni klubu açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Naynqqolan İtaliyanın B Seriyasında mübarizə aparan SPAL ilə anlaşıb. Onun müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə qol çəkdiyi bildirilib. Racanın sözügedən komandanın baş məşqçisi Daniele De Rossinin istəyi ilə heyətə qatıldığı və yarım mövsüm üçün 400 min avro əməkhaqqı alacağı vurğulanıb.
Qeyd edək ki, 34 yaşlı Naynqqolanın son iş yeri Belçikanın "Antverpen" klubu olub.
Nihat