Misli Premyer Liqasında qış fasiləsi başa çatdı. Antalyada hazırlıq keçən klublarımız mövsümün qalan hissəsində yaxşı nəticələr qazanmaq, hədəflərə çatmaq üçün mübarizəyə başladılar. Qeyd edək ki, 19-cu tur xeyli məhsuldar alındı. Və maraqlıdı ki, yalnız “Neftçi” qol vura bilmədi...
“Kəpəz” – “Qəbələ” 2:2
Qollar: Ahmed Ayzaya, 18-pen, Martins Junior, 42-pen - Ruan Renato, 63, Ülvi İsgəndərov, 79.
“Kəpəz”: 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 10. Salif Sisse, 8. Tural Axundov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Gəncədəki qarşılaşmada 4 qolun vurulacağını təxmin etmək çətin idisə, “Kəpəz”in fasiləyə 2:0 üstünlüklə yollanacağı heç inandırıcı deyildi. Amma bu ssenari reallaşdı. Artıq 42-ci dəqiqədə meydan sahibləri iki top üstünlüyü ilə irəlidə idilər. Özü də qollar hər ikisi penaltidən sonra vurulmuşdu. Bu üstünlüyü sona qədər qorumaq isə mümkün olmadı. “Şamaxı”, “Zirə” və “Sabah”la oyunlarda olduğu kimi, Gəncə təmsilçisi üstünlüyü əldən verdi. Əvvəlcə Ruan Renato qollardan birinin əvəzini çıxdı. Ülvi İsgəndərov isə 79-cu dəqiqədə yekun hesabı müəyyənləşdirdi.
Bərabərlik tərəflərin heç birinə sərf etmirdi. Lakin görüşün sonunda tərəflər elə 1 xalla da kifayətlənməli oldular. Yeganə təskinlik isə qış fasiləsindən sonrakı ilk turda uduzmamaq oldu. 13 xallı “Kəpəz” hələ də səkkizinci pillədədi. “Qəbələ” isə 26 xalla 5-ci pillədə qərarlaşıb.
“Turan Tovuz” – “Qarabağ” 2:3
Qollar: Runi Eva, 23, Ehtiram Şahverdiyev, 86 - Musa Qurbanlı, 10, Ramil Şeydayev, 27, Bəhlul Mustafazadə, 89.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov
“Qarabağ” Antalyadan qayıdarkən Bakıya gəlməmiş, Gəncəyə, ordan da Tovuza yollanmışdı. Düşünmək olardı ki, həm yol yorğunluğu, həm də Tovuzdakı stadionun süni örtüyü “Qarabağ”a qələbə qazanmağa mane olacaq. Amma bu ehtimallar özünü doğrultmadı. Baxmayaraq ki, meydan sahibləri Luka Quqeşaşvilinin qoruduğu qapıya iki dəfə yol tapa bildilər. “Qarabağ” isə “Turan Tovuz”u üç dəfə məyus etməklə vacib 3 xal qazana bildi.
Maraqlıdı ki, qarşılaşmadakı beş qolun hamısı başla vuruldu. “Turan Tovuz”un rəqibin ad-sanından çəkinməməsi, əzmkarlıq göstərməsi izləyənlərdə xoş təəssürat oyatdı. Kadinin gedişindən sonra “Qarabağ”ın zəifləyəcəyini düşünənlər isə yanıldı. 53 xallı “Qarabağ” turnir cədvəlinə inamla liderlik edir. 17 xallı “Turan Tovuz” isə hələ də 6-cı yeri tutur.
“Zirə” – “Sumqayıt” 3:1
Qollar: Dmitrios Çantakias, 50, Loris Broqno, 73. Toni Qomes, 79 - Vüsal İsgəndərli, 4.
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 23. Andriya Lukoviç, 70. İssa Cibriel, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar
Baş məşqçi: Samir Abasov
“Zirə” doğma meydanda əsl əzmkarlıq göstərdi. Qəsəbə təmsilçisi “Sumqayıt”la oyunda fasiləyə məğlub durumda yollansa da, ikinci hissədə rəqibin qapısına üç qol vurmağı bacardı. Rəşad Sadıqovun üzünü legionerlər güldürdü. Bu da ondan xəbər verir ki, “Zirə”nin əcnəbiləri komandanın ağır yükünü çiyinlərində daşımağa, çətin məqamlarda xilasedici rolunu oynamağa hazırdılar.
Bu qələbə “Zirə”nin işinə çox yaradı. “Neftçi”nin məğlub olduğu turda qazanılan 3 xal qəsəbə komandasını üçüncü pilləyə bir qədər yaxınlaşdırdı. İndi “Zirə” 31 xalla 4-cü sıradadı. 12 xallı “Sumqayıt” isə 9-cu sıranı tərk edə bilmir.
“Şamaxı” - “Səbail” 2:1
Qollar: E.Qasımov, 58. A.Yunanov, 90-pen - Q.Zakpa, 33.
"Şamaxı": 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihat Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov.
Baş məşqçi: Vüqar Əsgərli.
"Səbail": 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 99. David Qomis.
Baş məşqçi: Şahin Diniyev.
Turun daha bir əzmkar komandası “Şamaxı” oldu. “Şamaxı” doğma meydandakı oyunda fasiləyə məğlub durumda yollanmışdı. Şahin Diniyevin uzun fasilədən sonra elitadakı ilk oyunu “Səbail” üçün əlamətdar ola bilərdi. Onu sevindirən qola Zakpa 33-cü dəqiqədə imza atmışdı. Amma Emil Qasımovla Amil Yunanov “Səbail”in sevincməsinə imkan vermədi. Zədədən dönən Yunanov son dəqiqələrdə penaltidən fərqlənməklə yekun hesabı müəyyənləşdirdi.
2:1 hesablı qələbə qazanan “Şamaxı” artıq “Turan Tovuz”a xeyli yaxınlaşıb. Aktivində 16 xalı olan əyalət komandası 7-ci sıradadı. 10 xallı “Səbail” isə hələ də turnir cədvəlinin sonuncudu və bütün rəqiblərinə aşağlıdan yuxarı baxır.
“Sabah” – “Neftçi” 2:0
Qollar: C.L.Mikels, 7-pen. A.Kaşuk, 37.
"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qış fasiləsi ərəfəsində “qara zolağa” düşən “Sabah”ın işləri qaydasındadı. Masazır təmsilçisi prinsipial oyunda “Neftçi”ni 2:0 hesabıyla məğlub etdi. Bu nəticəylə “Sabah” ikinci pilləni böyük ehtimalla özünə təmin etdi. Komanda bundan sonra “Qarabağ”ı təqib edəcək. 90 dəqiqə ərzində “Sabah” xeyli inamlı görünür, “Neftçi”dən bir baş üstün görünürdü. Mikelsin 7-ci dəqiqədə penaltidən hesabı açması da “Sabah”ın rahat çıxış etməsinə şərait yaratdı. Kaşuk bundan 30 dəqiqə sonra üstünlüyü daha da möhkəmlətdi. “Neftçi” isə aciz görüntüsü ilə vəziyyəti dəyişəcək gücdə deyildi.
46 xal toplayan “Sabah” ən yaxın izləyicisi “Neftçi”ni səkkiz xal qabaqlayır və ikinci pillədə xeyli rahatdı. 38 xallı “Neftçi” isə üçüncü sırandadı.
Amal Abuşov