Tanınmış portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş Avropanın ən titullu yığmalarından birinin baş məqşçisi ola bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, hazırda bu yöndə danışıqlar davam etdirilir və sözügedən çalışdırıcının İspaniya seçməsinin "sükanı arxası"na keçmək ehtimalı yetərincə böyükdür.
Qeyd edək ki, daha öncə "Portu", "Çelsi", "Tottenhem", "Zenit" və "Şaxtyor" kimi klublarda işləmiş Villaş-Boaşın son iş yeri "Olimpik Marsel" (2019-2021) olub.
Nihat