Cənubi Azərbaycanın “Tarktor” klubu Azərbaycanın İrandakı səfirliyinə terror hücumuna münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Təbriz təmsilçisi rəsmi "Twitter" hesabı vasitəsi ilə belə bir paylaşım edib:
“Qardaş acısını qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!”
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terrorçu saxlanılıb.
Nihat