Bu ay "Everton"un baş məşqçi postundan uzaqlaşdırılan Frenk Lempardı kimin əvəzləyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir, informasiyanı "Sky Sports" yayıb.
Xəbərə görə, Lempardın yerini "Uotford" və "Börnli" kimi İngiltərə klublarını çalışdırmış Şon Dayç tutacaq.
Qeyd edək ki, "Everton" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 19-cu pillədə mövqe tutub. Liverpul təmsilçisi növbəti oyununu fevralın 4-də, öz meydanında çempionatın lideri "Arsenal"a qarşı keçirəcək.
Nihat