Azərbaycan Premyer Liqasının XIX turunda "Zirə" ilə oyunda zədələnən "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynovun son durumu bəlli olub.
Klubun mətbuat katibi Rəşad Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, bu gün MRT-dən keçən müdafiəçinin baldır əzələsində yırtıq aşkarlanıb.
35 yaşlı futbolçunun 2-3 həftə müddətinə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Röya