16:52 28.01.2023 244

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bəyanat yaydı

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası erməni idmançıların mütəmadi separatçığı dəstəkləyən addımları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: 

"Ey idman, sən sülhsən!” – bu sözlər müasir Olimpiya hərəkatının banisi Baron Pyer de Kubertenə məxsusdur. 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) fəaliyyəti dövründə həmişə bu prinsipə sadiq qalıb. Təşkilat ötən il ölkənin aparıcı təhsil ocaqlarında “İdman və sülh” layihəsi çərçivəsində uğurlu tədbirlər həyata keçirdi, son vaxtlar dünyanı bürüyən müharibələr fonunda Azərbaycan uşaqlarının dili ilə bəşəriyyətə sülh çağırışları etdi.

AİJA bu addımlarla Azərbaycan dövlətinin və xalqının ümumbəşəri dəyərlərə sadiqliyinin, gənc nəslin sağlam və sülh ruhunda formalaşması istiqamətində görülən işlərin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.

Beynəlxalq hüquqla tanınmış ərazilərinin bir hissəsinin hələ də erməni separatçılarının nəzarətində olmasına baxmayaraq, Azərbaycan sülhə sadiqliyini əməli fəaliyyəti ilə sübut edir, münaqişənin dinc yolla həllinə çalışır.

Təəssüf ki, Ermənistan və başqa ölkələrin bayrağı altında çıxış edən erməni əsilli idmançılar davamlı olaraq idmanın təməl prinsiplərini kobud surətdə pozaraq sülhü deyil, seperatizmi, düşmənçiliyi dəstəkləyir, nifrət hissi yayırlar.

Erməni futbolçu Henrix Mxitaryan illərdir idmançının sülh carçısı obrazına xəyanət edərək açıq-aşkar separatçı mövqe sərgiləyir. 

Onun müxtəlif vasitələrlə davamlı olaraq BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycan ərazilərini Ermənistan ərazisi kimi göstərməsi idmanın siyasi məqsədlərdə sui-istismar edilməsinə qarşı idman ictimayyətinin səssizliyinin nəticəsidir.
Bu səssizlik və cəzasızlıq digərlərində də idmanın siyasi məqsədlərlə istifadə edilməsi kimi mənfi tendensiyanın inkişfına, idmanın seperatizm hallarının legitimləşdirilməsi məqsədi üçün alət edilməsinə gətirib çıxarır.

Erməni əsilli digər idmançı, rusiyalı tennisçi Karen Xaçanovun da hazırda davam edən nüfuzlu “Australian Open” turnirində çəkiliş kamerasına qələbə şərhi yazmaq ənənəsindən sui-istifadə edərək təxribat xarakterli yazı yazması məhz bu cəzasızlığın nəticəsidir. 

Xaçanov öz xalqının maraqları çərçivəsində yayılan dezinformasiyalara dəstək nümayiş etdirməklə xoş niyyətli idman ənənəsini siyasiləşdirib. 

Azərbaycan tərəfi dərhal beynəlxalq qurumlara, Rusiyanın müvafiq idman federasiyasına etiraz müraciətləri edib, amma idman və sülh prinsiplərinə ciddi xələl gətirən Karen Xaçanovun hərəkəti yalnız nəzarətə götürülüb.

Sülh, ədalət, qarşılıqlı hörmət kimi ali dəyərlər tək idmançılara deyil, həm də idman qurumlarına, onların rəhbərlərinə, bütünlüklə idman ictimayyətinə aiddir.

AİJA belə maraqlar çərçivəsində idman ənənələrinin istismarı və siyasi təxribatların idman meydançalarına ayaq açmasından ciddi narahatlığını ifadə edərək, idman ictimayyətini təməlində sülh, ədalət prinsipləri dayanan idman ənənələrinin siyasiləşdirmək cəhdlərinə səssiz qalmamağa çağırır".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X