Cordan Larsson karyerasını Danimarka Superliqaında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Kopenhagen" klubu Larssonla rəsmi müqavulə imzaladığını mətbuat xidməti vasitəsilə açıqlayıb.
Məlumatda Danimarka klubunun isveçlini cari mövsümün sonuna kimi "Şalke"dən icarəyə götürdüyü bildirilir. Eyni zamanda, "Kopenhagen" yayda hücumçunun transfer haqqını birdəfəlik ələ keçirmək hüququna da sahib olacaq.
Xatırladaq ki, Cordan Larsson ötən yay Rusiya "Spartak"ı ilə müqaviləsinə xitam verərək "Şalke"yə keçib. O, bu komandanın heyətində Bundesliqada 11 matça çıxıb.
Mirağa