Bu gün Portuqaliyanın Almada şəhərində təşkil olunan cüdo üzrə Qran Pri turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın iki idmançısı tatamiyə çıxacaq.
Kişilərin 90 kiloqram çəki dərəcəsində yer alan Vüqar Talıbov startda Haruya Kaihori (Yaponiya) ilə üz-üzə gələcək.
Camal Qamzatxanov (+100 kq) isə Stefan Hegyi (Avstriya) ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, iki yarış günündən sonra komandamızın aktivində bir gümüş medal var. Yeganə mükafatı Elcan Hacıyev (81 kq) qazanıb.