İtaliya Futbol Federasiyasının sabiq rəhbəri və siyasətçi Karlo Tavekkio vəfat edib.
Fanat.Az xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib.
Tavekkio İtaliyanın Ponte Lambro şəhərinin meri olsa da, təbii ki, futbol fəaliyyəti ilə daha çox tanınıb.
O, uzun müddət, keçən əsrin 90-cı illərinin sonundan başlayaraq, İtaliya həvəskar futbol liqasına rəhbərlik edib. 2014-cü ildə isə İtaliya Futbol Federasiyasının prezidenti təyin edilib, 2017-ci ildə ikinci müddətə seçilib. İtaliya yığması Rusiyada keçirilən dünya çempionatına vəsiqə qazana bilmədikdən sonra isə istefa verib.
Mirağa