"Bayer Leverkuzen"in və Ekvador millisinin müdafiəçisi Pyero İnkapye karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, onun xidmətində "Tottenhem" maraqlıdır.
Xəbərə görə, İngiltərə təmsilçisi artıq Almaniya klubuna 25 milyon avroluq rəsmi təklif göndərib. Mənbə Hotspur komandasının baş məşqçisi Antonio Kontenin bu transferdə şəxsən maraqlı olduğunu vurğulayıb.
Nihat