Argentinalı futbolçu Herman Konti karyerasını Rusiyada davam etdirəcək.
Fanat.Az "Championat"a istinadən xəbər verir ki, müdafiəçi “Lokomotiv”lə 2,5 illik müqavilə imzalayıb.
Mənbənin məlumatına görə, mərkəz müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı argentinalı paytaxt təmsilçisinə azad agent kimi keçib.
Herman Conti 2018-ci ildən "Benfika"da çıxış edir. O vaxtdan bəri futbolçu bir neçə kluba icarəyə verilib. Herman Meksikanın "Atlas" və Braziliya klubları - "Baya" və "Amerika"da çıxış edib. Ümumilikdə “Lokomotiv”in yeni futbolçusu karyerası ərzində 231 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa