"Atletik Bilbao" İspaniya La Liqasının 19-cu turu çərçivəsində "Selta" ilə görüşə itki ilə çıxıb.
Fanat.Az xəbər verir ki, Bask klubu yeddi ildən sonra ilk dəfə İnaki Uilyamsın xidmətindən yararlana bilməyib.
Forvard əzələ zədəsi səbəbindən oyunu buraxmaq məcburiyyətində qalıb. Beləliklə, onun rekordu 251 oyunda qırılıb. Uilyams "Atletik"in heyətində ardıcıl 251 oyun keçirməklə tarixə düşüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
🔚 @Williaaams45's incredible run of consecutive @LaLigaEN appearances comes to an end.
— Athletic Club (@Athletic_en) January 29, 2023
20/04/2016 until 22/01/2023.
2️⃣5️⃣1️⃣ matches in a row.#CeltaAthletic #AthleticClub 🦁 pic.twitter.com/d5WrVSugm6
"Atletik"in heyətində çempionatda ilk dəfə 17 aprel 2016-cı ildə "Malaqa"yla oyunda debüt edən hücumçu o vaxtdan bəri La Liqada meydana çıxdığı 290 oyundan 251-ni ardıcıl keçirib.
Uilyams 1994-cü ildə Bilbaoda anadan olub və bütün karyerasını "Atletik"də keçirib. O, bütün yarışlarda 394 oyun keçirib, 101 qol vurub və 56 məhsuldar ötürmə edib.
Mirağa