Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"GiveMeSport": "Çelsi" yayda "Yuventus"un hücumçusu Duşan Vlahoviçi heyətinə qatmağa çalışacaq. Hücum xəttinini gücləndirməyi planlaşdıran London təmsilçisi Kay Xaverts, Pyer-Emerik Obameyanq, David Fofan, Armando Broyan və Kristofer Nkunkunu da gözlaltı edib.
"Readfootball": "İnter" müdafiəçisi Milan Şkrinyar üçün PSJ-dən gələn 20 milyonluq təklifi geri çevirib. Yayda azad agent olacaq futbolçu artıq Fransa klubu ilə ilkin razılıq əldə edib. Milan təmsilçisi hazırda slovakiyalı oyunçunun mövqeyinə yeni futbolçu axtarır. İtalyanların hədəfində "Lill"dən Tiyaqo Calo və "Mançester Yunayted"dən Viktor Lindelof var. Ancaq xəbərə görə, Calonun satışı hazırda gündəmdə deyil, "Mançester Yunayted" isə Lindelofu icarəyə vermək istəmir.
"Sport": "Barselona" əvvəlki kimi "Atletiko Madrid"in hücumçusu Joau Feliks ilə maraqlanır. Portuqaliyalı hücumçunun "Çelsi"də icarə müddəti mövsümün sonunda başa çatacaq. "Barselona"nın artıq Madrid klubu ilə keçidlə bağlı artıq ilkin danışıq apardığı və maliyyə vəziyyətinin düzələcəyi təqdirdə futbolçunu heyətinə qatacağı bildirilir.
Röya