Son turda "Yuventus" üzərində sürpriz qələbə (2:0) qazanan "Montsa"nın sahibi Silvio Berluskoni komandanı qeyri-adi şəkildə mükafatlandırmalıdır.
Fanat.Az xəbər verir ki, qalmaqallı futbol funksioneri hələ ötən ilin dekabrında komandasını nəhənglərə qarşı duellərə həvəsləndirərkən, "Yuventus", "Milan", "İnter" və digər iddialıları udacaqları təqdirdə onlara "bir avtobus fahişə" vəd edib.
Bu barədə video paylaşan "Sportbible" Berluskoninin dünənki oyundan sonra açıqlamasına yer verib: "Məndən sözümü yerinə yetirməyimi xahiş edirlər. Yüz telefon zəngi almışam".
Silvio Berlusconi (Monza owner): "I motivate the players. Now you have matches against Juve, Milan, etc, if you win against one of these big teams I'll send into dressing room a bus full of sluts." 😳pic.twitter.com/PBCPakUWE2
— SPORTbible (@sportbible) December 14, 2022
İtaliyanın keçmiş baş naziri sözünün üstündə durub-durmayacağı barədə konkret fikir söyləməyib.
Mirağa