13:58 30.01.2023 2621

"Bayer"in qapıçısının bir ayağı "Qarabağ"da! - Vəziyyət 180 dərəcə dəyişdi

"Qarabağ" "Bayer Leverkuzen"in qapıçısı Andrey Lunyovu heyətə qatmaq planından əl çəkməyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Almaniya təmsilçisində heyətə düşə bilməyən rus qolkiper özü də iş yerini dəyişməkdə qərarlıdır.

Artıq "Bayer"in ona güvənmədiyi dəqiqdir və futbolçunun özünə də bu barədə informasiya çatdırılıb. Leverkuzen təmsilçisinin Fransanın “Reyms” klubundan Patrik Pentsi transfer etməsi isə bu komandada Lunyova ehtiyac olmadığına daha bir bariz nümunədir. Məhz yeni "çərçivə" qoruyucusunun alınması vəziyyəti 180 dərəcə dəyişib. 

Düzdür, Andreyi "Qarabağ"dan başqa İngiltərənin Çempionşip klublarından biri də istəyir. Üstəlik, onun karyerasını Türkiyədə davam etdirmək variantı da var. Lakin Avropada transfer pəncərəsinin
daha tez bağlandığını nəzərə alsaq, onun zaman baxımından da "köhlən atlar"a qoşulmaq ehtimalı daha yüksəkdir. İndiki klubunda illik 1,5 milyon avro maaş alan rusun heyətdə saxlanılmasının "Bayer" üçün yalnız artıq maliyyə itkisi olacağı dəqiqdirsə, məntiqlə, almanlar müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçunu havayı və ya çox az məbləğdə təzminat qarşılığında da buraxa bilər. Əsas olan tərəflərin maaşla bağlı ortaq məxrəcə gələ bilməsidir. 

Son vəziyyətə aydınlıq gətirmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə telefon açdıq. Onun dedikləri belə oldu:

"Lunyovla bağlı yenilik yoxdur. Onu deyə bilərəm ki, hələ qapıçı transferi ilə bağlı razılıq əldə etməmişik".

Qeyd edək ki, müştərisinin Azərbaycan komandasına keçmək ehtimalı barədə Lunyovun agenti Anton Smirnov da "RB Sport"a danışıb:

"Qarabağ"la birbaşa danışıqlar aparmamışıq. "Bayer"in idman direktoru mənə dedi ki, Azərbaycan təmsilçisinin Lunyovu almaq istəyir, kluba rəsmi təklif göndərlib. Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olarsa, onu buraxacaq. Buraxmasalar, Andrey müqaviləsinin müddəti başa çatana qədər "Bayer"də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik. Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada transfer pəncərəsi gec bağlanır".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X