“Neftçi”nin qış transfer pəncərəsində Kiprin “Apollon” klubuna satdığı hücumçu Qodsvey Donyonun keçidindən nə qədər qazandığı bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən yayda paytaxt klubuna azad agent kimi gələn qanalı forvard kiprlilərə 250 min avroya satılıb.
Bundan başqa, "ağ-qaralar" futbolçunun növbəti satışından da pay əldə edəcək.
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında bu barədə belə deyib: "Müqavilənin şərtlərinə görə transfer məbləği ilə bağlı açıqlama verə, rəqəm deyə bilmərəm. Onu deyə bilərəm ki, 250 min avroya satılmayıb, keçidi nisbətən az məbləğə başa gəlib. Amma o doğrudur ki, Donyo "Neftçi"yə pulsuz gəlmişdi. Yəni istənilən halda, klub onun "Apollon"a satışından qazanıb".
Xatırladaq ki, Azərbaycan klubuna yayda transfer olunmuş Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.
Mirağa