Azərbaycan cüdo millisinin Paris "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, 4-5 fevralda keçiriləcək yarışa hamısı kişi olmaqla 11 cüdoçumuz qatılacaq.
Bunlar Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanovdur (+100 kq).
Qeyd edək ki, "Böyük Dəbilqə"də 85 ölkədən 550 cüdoçunun iştirakı gözlənilir.