İranlı xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.
Fanat.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bir neçə beynəlxalq yarışda qızıl medallar qazanan və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının yeganə iranlı qadın iştirakçısı olan Əhmədi yanvarın 28-də verdiyi açıqlamada Almaniyadan sığınacaq istədiyini bildirib. O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab qaydaları ilə bağlı olduğunu deyib.