Dünən axşam baş tutan "Fənərbağça" - "Kasımpaşa" matçında 4 qol vuran Enner Valensiya İstanbul nəhənginin tarixində Aleks de Souzadan sonra bir oyuna ən çox qol vuran futbolçu oldu.
Fanat.Az xəbər verir ki, Super Liqanın 21-ci həftəsində "Fənərbağça" "Kasımpaşa"nı 5:1 hesabı ilə məğlub edib. Matçda Enner Valensiya poker edib. Bundan əvvəl liqanın bombardiri olan ekvadorlu futbolçu IX turda - "Fatih Karagümrük"lə qarşılaşmada het-trik etmişdi.
33 yaşlı Enner karyerasında ilk dəfə bir matçda 4 qol vurmağı bacarıb.
Valensiya Super Liqa matçında Aleks de Souzadan sonra buna nail olan ilk oyunçu olub. Braziliyalı futbolçu 2010-2011 mövsümünün 33-cü turunda "Ankaragücü" ilə qarşılaşmada 5 qol vurub.
Bu mövsüm 17 tura 19 qola imza atan Valensiyanın UEFA Avropa Liqasında 2, Türkiyə Kubokunda isə 1 qolu var.
Rafael