"Bayer Leverkuzen"in hücumçusu Sərdar Azmun karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb.
Onun sözlərinə görə, iranlı futbolçu "Marsel"in hədəfindədir. Hazırda Liqa I təmsilçisi transferlə bağlı Almaniya klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Sərdar "Bayer"ə ötən il Rusiya "Zenit"indən keçib.
Röya