"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonun yeni klubu açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, sözügedən futbolçu London "Arsenal"ına keçəcək. Mənbə bu transferin "topçular"a 13,5 milyon avroya başa gələcəyini açıqlayıb.
Qeyd edək ki, Jorjinyonun "Çelsi" ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Nihat