16:43 31.01.2023 201

“Motorola” “Neftçi”nin texnoloji tərəfdaşı oldu

“Motorola” şirkəti “Neftçi” Peşəkar Futbol Klubunun texnoloji tərəfdaşı olub.

Fanat.Az xəbər verir ki, “Neftçi” PFK əməkdaşlıq çərçivəsində klubun texniki bazasının təchiz edilməsində istifadə olunacaq müasir mobil cihazların köməyilə innovativ texnologiyalara çıxış əldə edəcək.

“Motorola” şirkəti öz brendini “Neftçi” PFK-nın cari mövsümdə klubun oyunlarının yayımlarında həyata keçirəcək fəaliyyətinə inteqrasiya etmək imkanı əldə edəcək. “Motorola”nın əfsanəvi “yarasanın qanadları” loqosu stadionun nəzərəçarpacaq hissəsində, matçlar zamanı məlumat lövhələrində, “Neftçi” PFK-nın sosial media hesablarında, eləcə də klubun rəsmi internet saytının “Sponsorlar” bölməsində nümayiş etdiriləcək. Bundan əlavə, tərəflər arasındakı razılaşmaya görə, “Neftçi” azarkeşlərini “Motorola” brendi və onun innovativ mobil cihazlarının imkanları ilə tanış etmək məqsədilə sosial media hesablarında bəzi paylaşımlar üçün çəkilişlər (futbolçularla fotosessiyalar, matçlardan video yayımlar, məşqlərdən çəkilişlər və s.) Azərbaycanda rəsmi satışına yeni başlanan “Motorola edge 30 ultra” smartfonları ilə aparıla bilər.

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev fikirlərini açıqlayıb: “Belə bir beynəlxalq texnoloji tərəfdaşın dəstəyi qabaqcıl texnologiyalara çıxış əldə etməyimiz üçün bizə yeni imkanlar yaradır. Bu, azarkeşlərimizə daha yaxın olmaq və “Motorola” həllərinin köməyi ilə onların futbola olan həvəslərini bölüşmək, matçların ən yaxşı anlarından zövq almaq və onları yaxınları ilə bölüşmək üçün daha bir addımdır”.

“Motorola”nın Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Aleksandr Romanyuk isə bunları bildirib: “Motorola” ilə “Neftçi”nin bir ortaq cəhəti var. Bu qalib gəlmək istəyidir. “Neftçi” öz azarkeşlərini ruhlandıraraq meydanda qələbələr qazanmağa çalışır. “Motorola” 90 ildən artıqdır ki, yenilik, məhsul keyfiyyəti baxımından və pərəstişkarlarını sevindirmək üçün yeni qələbələr əldə etməyə cəhd göstərir. Yeniliklərə sadiqliyimiz bizi 1973-cü ildə dünyanın ilk mobil telefonunu icad etməyə, 1996-cı ildə mobil telefonlar üçün açılıb-bağlanan forma faktorunu kəşf etməyə və 2019-cu ildə dünyada ilk elastik ekranlı “Motorola razr” telefonu təqdim etməyə gətirib çıxarıb. Əminəm ki, həm “Neftçi”, həm də “Motorola” daha çox qələbələr qazanacaq”.

“Biz “Neftçi” PFK-nın azarkeşlərinə və bütün azərbaycanlı istifadəçilərə ən yeni “Motorola” smartfonlarını təqdim etməkdən çox məmnunuq. Onlardan bəziləri, o cümlədən “Flaqman Motorola edge 30 ultra” və açılıb-bağlanan “Motorola razr” smartfonları artıq Azərbaycanda pərakəndə satış mağazalarında rəsmi olaraq mövcuddur”, – deyə əlavə edib.

“Mən şadam ki, “Motorola” Azərbaycandakı mövcudluğunu gücləndirir və yerli brendlərlə əməkdaşlığı inkişaf etdirir. Fərdi kompüterlər, oyun noutbukları, infrastruktur avadanlıqları kimi digər uğurlu kateqoriyalarla yanaşı, “Motorola” xüsusən də “Motorola” smartfonunu “Lenovo” noutbukuna qoşmağa və daha səmərəli işləmək üçün rahat funksiyalardan istifadə etməyə imkan verən “Ready For” texnologiyasına malik “Lenovo” ekosisteminin bir hissəsidir. Bu bizə onun üstünlüklərinə Azərbaycanda daha çox istifadəçiyə çatdırmağa imkan verir”, – deyə “Lenovo” şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru Alnur Yermaqambetov bildirib.

“Motorola” (“Lenovo Group Holdings”in törəmə şirkəti) qlobal miqyasda böyük idmanın rəqəmsal transformasiyası üçün müasir texnoloji həllərin tətbiqini dəstəkləyir. 2022-ci ilin sentyabrında “Motorola” və “Lenovo” “Çikaqo Bullz” ilə 2022-2023-cü illər mövsümündən başlayan çoxillik tərəfdaşlığı elan etdilər. Bununla yanaşı, “Motorola” Meksika La Liqasının, İtaliya A Seriyasında mübarizə aparan “Monza” futbol klubunun, Yüksək Futbol Liqasında çıxış edən “Çikaqo Fayr” komandasının, “Bruklin Nets” basketbol komandasının və dünya üzrə bir sıra digər idman və kiberidman layihələrinin və təşəbbüslərinin rəsmi sponsorudur.

“Neftçi” PFK Azərbaycanın ən köklü və ən titullu klublarından biridir. 1968-ci ilə qədər “Neftyanik” adlandırılıb və 27 mövsüm SSRİ-nin Yüksək Liqasında çıxış edib. “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan klubudur.

“Motorola Mobility MMC” 2014-cü ildə “Lenovo Group Holdings” tərəfindən alınıb. “Motorola Mobility” “Lenovo”nun tam mülkiyyətində olan törəmə şirkətidir və “Moto” və “Motorola” brendləri altında bütün mobil cihaz və həllərin dizaynı və istehsalına cavabdehdir. Əlavə məlumat üçün //www.lenovo.com saytına daxil olun və ən son xəbərlər üçün StoryHub və Motorola qlobal bloqunu izləyin.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X