"Sevilya"dan ayrılan İskonun "Union Berlin"ə keçəcəyi deyilirdi. Lakin bu keçid baş tutmayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, anlaşma son anda pozulub. Azad agent olan 30 yaşlı ispaniyalı yarımmüdafiəçi tibbi yoxlanışdan keçsə də, sonda sözləşmə imzalanmayıb.
Qeyd edək ki, İsko bu ilin yayında "Sevilya"ya keçmişdi. Əndəlüs təmsilçisində 19 rəsmi matça çıxan 30 yaçlı futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya