Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"FootMercato": "Mançester Yunayted" "Lion"un lideri Ussem Auara elçi düşüb. "Qırmızı şeytanlar" artıq Fransa klubuna icarə ilə bağlı məlumat göndərib.
İnsayder Fabritsio Romano: "Barselona" "Fiorentina"nın futbolçusu Sofyan Amrabatın transferini həyata keçirə bilməyib. A Seriyası təmsilçisi ispanların icarə təklifini geri çevirib.
Jurnalist Aşraf Ben Ayadın yaydığı xəbərə görə, Sofyan komanda ilə məşq etməkdən imtina edib.
Xatırladaq ki, "Liverpul"un da hədəfində olan 26 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Portuqaliya Qiymətli Kağızlar Bazarı Komissiyasının saytı: “Çelsi” “Benfika”nın və Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandesi transfer edib."Zadəganlar"a 121 milyon avroya başa gələn transfer İngiltərə Premyer Liqasının tarixində rekord olub. Entso müddəti 2031-ci ilin yayına qədər olan anlaşmaya qol çəkib.
Rəsmi: "Bayern Münhen" "Mançester Siti"nin portuqaliyalı cinah müdafiəçisi Joau Kanselunu heyətinə cəlb edib. Futbolçu cari mövsümün sonuna qədər icarəyə götürülüb. Münhen təmsilçisi icarə müqaviləsinin müddəti başa çatandan sonra arxa xətt oyunçusunun transfer hüquqlarına da yiyələnə bilər.
Röya