Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" komandasının heyətində Çempionlar Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, ölkə çempionu qrup mərhələsinin 5-ci turunda İtaliyanın “Konegliano” klubuna 1:3 hesabı ilə uduzub. Yığmamızın kapitanı komandasına matç ərzində 5 xal qazandırıb.
Üç xalı olan "Vaşaş" qrup sonuncusudur. 15 xala malik “Konegliano” isə vaxtından əvvəl qrupda birinci yeri təmin edib.