Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində dünən keçirilən “Səbail” - “Kəpəz” matçında iki komandanın azarkeşləri arasında düşən davanın və gəncəli tərəfdarlardan birinin bıçaqlanmasının təfərrüatı bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, oyunun fasiləsində baş verən hadisə tərəflərin Bakıda baş tutan əvvəlki oyunundakı insidentin davamı olaraq yaşanıb.
Belə ki, ilk yarıdan sonra Bakı klubunun bir neçə tərəfdarı 3-4 qonaq azarkeşi kənara çəkərək əvvəlki anlaşılmazlığa aydınlıq gətirmək istədiklərini bildiriblər. Tində qızışan "razborka" zamanı Rahib adlı gəncin - "Kəpəz Ultras"ın fəal üzvünün qasıq nayihəsinə böyük bıçaqla zərbə endirilib və hadisəni törədən şəxs qaçıb.
Yaralı dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) çatdırılaraq əməliyyat edilib. Yara dərin olduğundan Rahibin ayağının amputasiya edilmək ehtimalı yaranıb. Lakin həkimlərin səyi nəticəsində zərərçəkənin aşağı ətrafını qorumaq mümkün olub.
Hadisədən sonra 3 gəncəli azarkeş Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparılıb və onlardan ifadə alınıb. Lakin cinayəti törədən şəxs saxlanıldıqdan sonra bölməyə aparılanlar sərbəst buraxılıb.
Nihat