Qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova "Azərreyl"ə keçib.
Fanat.Az xəbər verir ki, toppaylayıcı ilə rəsmi müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.
Alışanova son olaraq Macarıstanın "MAV Elore SC" komandasında çıxış edib.