Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fanat.Az ötən gün baş tutan transfer xəbərlərini təqdim edir:
"Atletiko Madrid" “Tottenhem”in futbolçusunu transfer edib. Söhbət İrlandiya millisinin müdafiəçisi Mett Dohertidən gedir. Azad agent olan 31 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
***
“Ankaragücü”nün futbolçusu Tolqa Ciğerci Almaniyanın “Herta” klubuna transfer olunub. Türkiyə yığmasının 30 yaşlı yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu transfer üçün Türkiyə klubuna 350 min avro ödəyib.
***
“Nyukasl”ın futbolçusu Conco Şelvin “Nottingem Forest”ə keçib. 30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.
Röya