"Mançester Yunayted"in və Fransa millisinin müdafiəçisi Rafael Varan yığma karyerasını başa vurmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Xəbərə görə, 29 yaşlı oyunçu fiziki və psixoloji yorğunluq hiss etdiyi və ailəsinə daha çox vaxt ayırmaq istədiyi üçün "xoruzlar"ın sıralarını tərk etmək niyyətindədir.
Qeyd edək ki, Varan Fransa seçməsində 2013-cü ilin 22 mart tarixində debüt edib.
Nihat