"Real Madrid"in müdafiəçisi Xose İqnasio Naço İspaniya nəhəngindəki gələcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Mən öz evimdə - Madriddə xoşbəxtəm. Bunu klubdakılar da bilir. Açıq deyəcəyəm, indi gələcəkdə nəyin necə olacağını bilmirəm. Nə olacaqsa, olacaq. Qarşıdakı aylarda özüm üçün ən düzgün olan qərarı verməyə çalışacağam. Az oynayırsansa, deməli, vəziyyət mürəkkəbdir. Əlbəttə, komandaya lazım olduğum vaxtlarda bacardığımı etmişəm. İndi özümü böyük oyunçu sayıram. Daha çox oynamaq istəyərdim".
Qeyd edək ki, bütün karyerasını "Real"da keçirən Naço cari mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb.
Nihat