Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sky": "Liverpul"un hücumçusu Roberto Firmino klubu tərk etməyəcək. Bu yay müqaviləsi başa çatacaq braziliyalı ilə sözləşmə yenilənəcək. Yeni müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
"Defensa Central": "Real Madrid" Kərim Benzemaya əvəzedici tapıb. Bu, "Borussiya Dortmund"da çıxış edən Kərim Adeyemidir. 21 yaşlı futbolçu Vinsius Juniorla illər ərzində yan-yana oynayacaq ideal hücumçudur.
İnsayder Fabritsio Romano: "Barselona"nın baş məşqçisi Xavi Rafinya ilə bağlı qərar verib. Mütəxəssis 26 yaşlı braziliyalı vinger klubun gələcəyi hesab edir. Onun komandadan gedəcəyi ilə bağlı söhbətlər həqiqətə uyğun deyil.
Röya