"Mançester Siti"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva cari mövsümün sonunda İngiltərəni tərk etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, Silva iki İspaniya nəhəngindən birinə - "Real Madrid" və ya "Barselona"ya keçmək niyyətindədir. Mənbə əzəli rəqiblərin vəziyyəti diqqətlə izlədiyini və hər iki klubun sözügedən futbolçu ilə əlaqə saxladığını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm İPL-də 19 matça çıxan Bernardu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat